Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Xəbərlər
26 Fevral , 2020
Fevralın 26-da Lənkəran şəhərində azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı "Ana heykəli" qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, tələbə və gənclər, hərbi hissələrin şəxsi heyətləri abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının 28-ci ildönümünün qeyd olunması ilə bağlı  Sərəncamına əsasən həmin gün rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, AMEA Lənkəran Regional Elmi Mərkəzində,  orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, klub və kitabxanalarda Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri, foto-stendlər nümayiş etdirilib,  faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.