Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Tədbirlər
7 Noyabr , 2017
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində uşaq yazarları “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova və Sevinc Nuruqızı ilə oxucuların görüşü keçirildi.

Tədbirdə şəhər uşaq bağçalarının, körpələr evinin uşaqları, şəhər orta məktəblərinin şagirdləri iştirak edirdilər.

Görüşü giriş sözü ilə Lənkəran şəhər MKS-nin direktoru Nuranə Nəsirova açaraq tədbirin əhəmiyyətindən danışmış, belə tədbirlərin keçirilməsinin uşaqların inkişafı və mütaliəyə maraqlarının artırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Uşaq şöbəsinin müdiri Xuraman Quliyeva çıxış edərək bildirdi ki, uşaq jurnallarının çap edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir, bu da Azərbaycanda gələcək nəslin daha da intellektual şəkildə yetişməsinə xidmət edir.

Uşaqlar isə öz minnətdarlıqlarını Gülzar xanımın “Mən balaca deyiləm”, “Hansı peşəni seçim”, “Mənim ağıllı balam”, “Nərdənə və nar” kimi yazdığı şeirləri söyləməklə və maraql rəqs nömrələri ilə çatdırdılar.

Sonda Gülzar İbrahimova və Sevinc Nuruqızı bu görüşə çox həvəslə gəldiklərini və bu görüşdən məmnun olduqlarını söyləyib, yeni yazmış olduqları şerlərindən səsləndirdilər.

Sonda uşaqlara “Sehrli Dünya” jurnalından və disklərindən hədiyyələr verildi.