Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Tədbirlər
15 Sentyabr , 2017

15 sentyabr 2017 - ci ildə Lənkəran Şəhər MKS-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin ölkəmizdə kino mövsümünün başlanması ilə əlaqədar imzaladığı əmrinə əsasən kitabxana işçiləri ilə tədbir keçirildi. Milli kinomuzun 120 yaşı tamam olmasına hazırlıq münasibətilə keçirilən tədbir "Azərbaycan Kinosu" ,"Müasir Gənclik və Kino", "Milli Kinomuzun İnciləri " başlıqları altında sərgilərin nümayişi ilə başlandı. Daha sonra Milli kinomuzla bağlı tədbiri giriş sözü ilə MKS-nin direktoru Nuranə Nəsirova açaraq Azərbaycan kinosunun inkişafı və təbliğatı baxımından tədbir iştirakçılarına kino sənətinin dünəni və bu günü haqqında geniş məlumat verdi. N.Nəsirova Azərbaycan filmlərinə gənc nəslin cəlb olunmasından söhbət açaraq müasir gənclərimizdə kinoya və kino sənətinə maraq oyatmaqdan danışdı. MKS-də keçirilən bu tədbirdə tanınmış jurnalist, "Söz" jurnalının baş redaktoru Sevda xanım Əlibəyli də iştirak etdi. Kitabxanaçıların marağına səbəb olan tədbir "Azərbaycanfilm" kinostudiyasinin istehsal etdiyi "Yarımçıq xatirələr " və "Buta" filminin nümayişi ilə yekunlaşdı.