Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Elanlar
2 İyun , 2016
Lənkəran Mərkəzi Kitabxanasının Uşaq şöbəsində kitabxananın öz daxili imkanlarına uyğun "Nağıl Otağı" yaradılmışdır. Burada "Uşaqlar bizim gələcəyimizdir", "Dünyanı verək uşaqlara" başlıqlı uşaq ədəbiyyatından ibarət sərgilər, "Bir ovuc təbəssüm, bir dünya işıq" rubrikası adlı müxtəlif nağıl və cizgi film qəhrəmanlarını əks etdirən oyuncaqlar və ən əsası ənənəvi uşaq ədəbiyyatı ilə yanaşı, elektron nəşrlər və "Danışan kitablar" da nümayiş olunur. Uşaqlarda estetik zövqün formalaşdırılması üçün "Nağıl Otağında" balacaların əl işlərindən və rəsmlərindən ibarət sərgi də qurulub. Uşaqların kitabxanaya cəlb edilməsi məqsədi ilə müntəzəm olaraq kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin baş kitabxanaçısı Bayramova Səadət "Nənə" obrazı ilə balacaları başına toplayaraq onlara nağıllar, tapmacalar söyləyir. Digər kitabxana işçiləri "Sehrli Dünya" və "Göy qurşağı" jurnallarından ucadan oxular, müxtəlif yaş qruplarını əhatə edəcək viktorinalar keçirirlər. Məhz buna görədir ki, "Nağıl Otağı"mız qısa müddət ərzində balaca oxucularımızın sevimli məkanıa çevrilib. Gələcək planlarımızda buranın müasir avadanlıqlar və müxtəlif oyuncaqlarla daha da zənginləşdirilməsi nəzərdə tutlmuşdur. 
MKS-in direktoru: Nəsirova Nuranə