Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Xəbərlər
28 Noyabr , 2022
Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi, “TEAS Press” Nəşriyyat Evinin təşəbbüsü ilə Lənkəran şəhər  Heydər Əliyev Mərkəzində kitab sərgi-yarmarkası keçirilib. Regionlarda kitab sərgilərinin keçirilməsi yerli insanlar tərəfindən yüksək qiymətləndirilib. Sərgi çərçivəsində sevilən yazıçılar Elxan Elatlı, Sevinc Nuruqızı və Zahid Xəlilin imza saatları təşkil olunub, oxucular yazıçıların 44 günlük Vətən müharibəsi ilə bağlı qələmə aldıqları kitabları müəlliflərin imzaları ilə əldə ediblər. Ümumilikdə təşkil olunan iki günlük kitab sərgi-yarmarkası çərçivəsində 300 adda 1500-ə yaxın kitab oxucuların diqqətinə təqdim edilib. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov da “TEAS Press” Nəşriyyat Evinin nümayəndələrini icra hakimiyyətində qəbul edib. Bildirilib ki, rayonlarda kitab sərgilərinin keçirilməsi cəmiyyətdə kitaba olan marağın artırılmasına və mütaliə mədəniyyətinin təbliğ olunmasına xidmət edir. Nəşriyyat evinin nümayəndələri şəhidlərimizin xatirəsinə həsr olunan “Memorial” kitabını icra başçısına hədiyyə ediblər.