Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Xəbərlər
5 Oktyabr , 2022
Oktyabrın 5-də Hirkan qəsəbəsində Vətən müharibəsi şəhidi palkovnik-leytenant Bayramov İqbal Əhmədağa oğlu şəhadətə qovuşduğu gündə İcra aparatının rəhbər işçiləri, şəhidin ailə üzvləri və qəsəbə ictimaiyyəti tərəfindən anılıb. Hirkan qəsəbə qəbiristanlığındakı bütün şəhidlərin məzarları ziyarət edilib, qəbirləri önünə gül dəstələri düzülüb və ruhlarına dualar edilib. İcra başçısının birinci müavini Möhübbət Babayev şəhidimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb. Qeyd edək ki, palkovnik-leytenant İqbal Bayramov hələ sağlığında dövlət başçısı tərəfindən  "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli,  "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli  və  "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi"  və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallarına laiq görülüb. Vətən müharibəsindəki qəhrəmanlığına görə də şəhidimiz Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  "Vətən uğrunda" və  "İgidliyə görə" medalları ilə təltif olunub.                                                         Allah rəhmət eləsin!