Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Xəbərlər
14 İyul , 2021
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin birgə təşkilatçılığı ilə şəhid ailə üzvləri və Qarabağ Müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə Lənkəran ŞİH-nın başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin rəhbər işçiləri, Vətən Müharibəsi şəhidlərinin valideynləri, ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkına gəlib Ulu Öndərə sonsuz ehtiramlarını ifadə edərək abidəsini ziyarət edib önünə tər çiçəklər düzüblər. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə ilk olaraq vətən uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək ruhlarına dualar oxunub. İcra başçısı görüşü açaraq Milli Ordunun yaranma gününün ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisə olduğunu və xüsusilə  44 günlük Vətən Müharibəsindəki parlaq qələbənin sevinci və torpaqların  işğaldan azad olunduğu şəraitdə bu bayramın qeyd olunmasının hər bir ölkə vətəndaşında yüksək qürur hissi doğurduğunu diqqətə çatdırıb. Milli Ordunun təşəkkülündən və keçdiyi inkişaf yolundan geniş söhbət açan İcra başçısı Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqəti və qayğısı ilə ordu quruculuğu proseslərinin sürətləndirildiyini, silahlı qüvvələrin ən müasir hərbi texnika və sursatlarla gücləndirilərək qüdrətli orduya çevrildiyini, ən əsası Vətənini ürəkdən sevən, onun uğrunda hər an şəhid olmağa hazır olan, ən müasir silahlarla rəftarı baqcaran yeni gənc əsgərlərin yetişdirildiyini və məhz bu əsgərlərin Ali Baş Komandanın əmri ilə işğalçı erməni ordusunu darmadağın etdiyini xüsusi vurğulayıb. Natiq qeyd edib ki, 44 günlük Vətən Müharibəsində parlaq qələbənin qazanılmasında lənkəranlı gənclər, bütün rayon sakinləri fədakar səylərini əsirgəməyiblər. Bütün şəhidlərin dəfn mərasimləri üçrəngli bayrağın fövqündə xalqın Vətən sevgisinin nümayişi olub. İcra başçısı bu mərasimlərdə iştirak edən bütün sakinlərə bir daha təşəkkürünü çatdırıb. Sonra şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, şəhid Qalib Əkbərzadənin atası Əbduləhəd Əkbərzadə, şəhid Röyal İbrahimovun atası Qulam İbrahimov, qazilərdən İlqar Əliyev, Aslan Quliyev, Əhliman Quluzadə çıxış edib Vətən təəssübkeşliyinin imandan irəli gəldiyini, hər bir insanın Vətənini düşmənlərdən qorumaq, lazım gələrsə Vətən uğrunda şəhid olmağa belə hazır olmaq imanına malik olmalarının vacibliyini qeyd ediblər.Çıxış edən natiqlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Vətən Müharibəsində göstərdikləri şücaətlərə görə təltif olunmuş şəhidlərin valideynlərinə və qazilərə orden və medallar təqdim olunub.