Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Tədbirlər
12 İyul , 2021
08.07.2021-ci il tarixində Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar "Aşıq Ələsgər-200" yubiley tədbiri qeyd olunmuşdur. Pandemiya şərtlərinə riayət edərək tədbir bir qrup kitabxana işçilərinin iştirakı ilə keçirilib. Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi hörmətli Şahin Şahbazov iştirak etmışdir. Lənkəran MKS-nin direktoru Nuranə Nəsirova Azərbaycan Xalq şeirinin ən böyük nümayəndələrindən biri olan Aşıq Ələsgərin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. MKS-in 15 saylı kənd kitabxana filialının fəal oxucuları və Mərkəzi Kitabxananın əməkdaşları Aşıq Ələsgərin şeirlərindən, qoşmalarindan çeşmələr söyləmişlər. H. Rzayeva adına 2 saylı uşaq musiqi məktəbinin müəllimi Hikmət Şiriyev şeir söyləyənləri sazda həzin ifalarla müşayyət etmişdir. Tədbirin sonunda Regional Mədəniyyət İdarənin rəisi Şahin Şahbazov çıxış edərək tədbirin təşkil olunmasında əməyə keçənlərə təşəkkürünü bildirmişdir. Daha sonra Mədəniyyət Sistemində aparılacaq islahatların əhəmiyyəti və qabağcıl təcrübələrin tətbiqi barədə geniş söhbət acılmışdır. Bu islahatların Kitabxana sahəsində də əhəmiyyətli olacağını qeyd edilmişdir.