Lənkəran şəhər Mərkəzi kitabxanası

Lənkəran şəhər MKS
Tədbirlər
29 Aprel , 2021
28.04.2021-ci il tarixində Lənkəran MKS-ində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə 2021-ci ilin ədəbi siması elan edilmiş dahi şairimiz Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında onlayn tədbir keçirildi. Tədbirdə Nizami Gəncəvinin lirik şeirləri, "Xəmsə" (Beşlik) adı ilə məşhur olan "Sirlər Xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemalarından ibarət mövzularda onlayn təqdimatlar oldu. MKS-nin direktoru Nuranə Nəsirova qeyd etdi ki, xalqımız Nizami Gəncəvinin xatirəsini məhəbbətlə hər zaman yad edir.Dahi şairin nəhəngliyini tədbir iştirakçılarına çatdırdı. Nizami yaradıcılığının bu günki günümüzdə də aktual və qalıcı olduğunu söylədi. Onlayn tədbirdə MKS-nin şöbə müdürləri və bir qrup əməkdaşları iştirak edirdi. Tədbir əbədiyaşar şairin yaradıcığında əks olundiğu kimi bütün bəşəriyyətin birliyə, sevgiyə, dostluğa çağırışı ilə yekunlaşdı.